Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əz-Ziyani Seyid Abbas Əraqçini ölkəmizin xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Bəhreynin xarici işlər naziri İranla ikitərəfli əlaqələrin əhəmiyyətinə toxunaraq ümidvar olduğunu bildirib ki, yeni dövrdə Tehran və Manama arasında müştərək siyasi dialoqlar təşviq ediləcək.
İranın xarici işlər naziri Abbas Əraqçi də bəhreynli həmkarına zəng və təbriklərə, eləcə də ölkəmiz prezidentinin andiçmə mərasimində iştirakına görə minnətdarlığını bildirib və qonşuluq siyasəti çərçivəsində qonşularla əlaqələrin inkişaf etdirilməsini İran İslam Respublikası hökumətinin mühüm prioritetlərindən biri kimi dəyərləndirib.
Sizin rəyiniz